• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib

İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib
21.10.2015 12:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib. 

"Report”un xəbərinə görə, dövlət başçısı əvvəlcə kompleksin görüntülərini, həmçinin müasir məhkəmə komplekslərinin binalarının layihələrini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.

Bildirildi ki, bina Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa olunub. Kompleksin ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binasının inşasına 2012-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb. Kompleksdə Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşir.

Prezident İlham Əliyev binadakı məhkəmə zalları ilə tanış olub.

Məlumat verilib ki, kompleksdə 14 məhkəmə zalı fəaliyyət göstərir. Zallarda məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılıb. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Azərbaycan Prezidentinin "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli sərəncamının icrası ilə əlaqədar kompleksdə elektron məhkəmənin tətbiqi üçün bütün zəruri infrastruktur var.

Dövlət başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol