• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

"Hərbi çağırışdan yayınanların müəyyənləşməsi istiqamətində tədbirlər görülüb"

13.02.2016 14:30
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 4-cü ildönümü münasibətilə tədbir keçirilib.
 
APA-nın məlumatına xidmətin əməkdaşları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Tədbirdə çıxış edən xidmətin rəisi Arzu Rəhimov bildirib ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 4 il ərzində SHXÇDX tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış işinin təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli nəticələr əldə edilib: "Həmçinin, çağırış yaşına çatmış gənclərin həqiqi hərbi xidmətə çağırılması ötən müddət ərzində tam təmin edilib. Çağırışdan yayınan şəxslərin müəyyənləşməsi və müvafiq orqanlara məlumatların çatdırılması istiqamətində də tədbirlər görülüb".
 
Xidmət rəisi qeyd edib ki, ötən müddət ərzində yeni inzibati binaların açılışı və tikintisi davam etdirilib, 48 idarə və şöbənin müvafiq binası xidmətin balansına verilib.
 
Xidmət rəisi əlavə edib ki, ötən müddət ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində də mühüm işlər görülüb: "Ölkə başçısının tapşırığa uyğun olaraq xidmət rəisi tərəfindən vətəndaşların qəbulu həyata keçirilib və vətəndaşların şikayətləri dinlənilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də dövlət başçısının müvafiq sərəncamına əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Xidmət tərəfindən görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub, nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib".
 
Tədbirin sonunda SHXÇDX-nin xidmətdə fərqlənmiş bir qrup əməkdaşı mükafatlandırılıb.
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol