• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Təhsil sistemində 170 min manatlıq korrupsiya faktı

Təhsil sistemində 170 min manatlıq korrupsiya faktı
28.05.2020 21:04
Təhsil Nazirliyinin "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, araşdırmalar zamanı mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol