• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib

Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
12.02.2025 14:20

Ermənistan Parlamenti birinci oxunuşda “Ermənistanın Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib. Səsvermədə 63 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Müxalifət fraksiyası “Hayastan” səsvermədə iştirak etməyəcəyini bəyan edib, ikinci ən böyük müxalifət fraksiyası “Şərəfim var” isə layihəyə qarşı səs verib.

Müxalifət bu prosesi "fars" adlandırıb və səsvermədə iştirak etməyəcəyini bildirib.

Qanun layihəsi bir gün əvvəl təşəbbüskarlarından biri, keçmiş ədliyyə naziri və Qərbyönlü "Respublika" partiyasının siyasi şurasının üzvü Artak Zeynalyan tərəfindən təqdim olunub.

Müvafiq təşəbbüslə çıxış edən ictimai və siyasi təşkilatlar 60 min imza toplayıblar (Ermənistan Konstitusiyasına əsasən, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihələri parlamentdə müzakirəyə çıxarıla bilər, əgər azı 50 min vətəndaşın imzası toplanarsa).

Layihə 2025-ci ilin yanvarında hökumət tərəfindən təsdiq edilib. Baş nazir Nikol Paşinyan əvvəlcədən bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə üzv olması demək deyil, çünki belə bir qərar referendum yolu ilə qəbul edilməlidir. Daha sonra o, Ermənistanın “Avrasiya İqtisadi İttifaqında özünü pis hiss etmədiyini”, İranla münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu, lakin eyni zamanda "xalqın müəyyən və həssas bir hissəsinin” ölkənin gələcəyi üçün Avropa seçimi etmək istədiyini bəyan edib.

Ermənistan hökumətinin qərarına münasibət bildirən Kreml isə eyni anda həm Avrasiya İqtisadi İttifaqının, həm də Aİ-nin üzvü olmağın mümkünsüz olduğunu vurğulayıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya bu qanun layihəsinin müzakirəsini “İrəvanın Aİİ-dən çıxışının başlanğıcı” kimi görür və Ermənistanın qərarını “Titanik üçün bilet almaq” ilə müqayisə edib.

N.Təbrizli

 


 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol