• $
  • €
  • ₽
  • ₺
  • £

Vakant məktəb direktoru yerləri olan rayon və şəhərlərin adları açıqlandı - SİYAHI

Vakant məktəb direktoru yerləri olan rayon və şəhərlərin adları açıqlandı - SİYAHI
29.05.2020 02:39
Təhsil Nazirliyi sistemində direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb.
 
APA-nın xəbərinə görə, Abşeron rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Ağdam rayonu üzrə 28, Ağdaş rayonu üzrə 6, Ağstafa rayonu üzrə 6, Ağsu rayonu üzrə 7, Astara rayonu üzrə 8, Balakən rayonu üzrə 11, Bərdə rayonu üzrə 7, Beyləqan rayonu üzrə 5, Biləsuvar rayonu üzrə 8, Cəbrayıl rayonu üzrə 5, Cəlilabad rayonu üzrə 49, Daşkəsən rayonu üzrə 7, Füzuli rayonu üzrə 14, Gədəbəy rayonu üzrə 20, Gəncə şəhəri üzrə 3, Goranboy rayonu üzrə 30, Göyçay rayonu üzrə 3, Göygöl rayonu üzrə 7, Hacıqabul rayonu üzrə 10, İmişli rayonu üzrə 10, İsmayıllı rayonu üzrə 9, Kəlbəcər rayonu üzrə 8, Kürdəmir rayonu üzrə 17, Laçın rayonu üzrə 20, Lənkəran rayonu üzrə 13, Lerik rayonu üzrə 16, Masallı rayonu üzrə 13, Mingəçevir şəhəri üzrə 1, Neftçala rayonu üzrə 12, Oğuz rayonu üzrə 4, Qax rayonu üzrə 1, Qazax rayonu üzrə 4, Qəbələ rayonu üzrə 4, Qobustan rayonu üzrə 11, Quba rayonu üzrə 17, Qubadlı rayonu üzrə 6, Qusar rayonu üzrə 7, Saatlı rayonu üzrə 10, Sabirabad rayonu üzrə 20, Şabran rayonu üzrə 13, Salyan rayonu üzrə 12, Şamaxı rayonu üzrə 15, Samux rayonu üzrə 3, Şəki rayonu üzrə 4, Şəmkir rayonu üzrə 12, Şirvan şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 6, Şuşa rayonu üzrə 2, Tərtər rayonu üzrə 9, Tovuz rayonu üzrə 13, Ucar rayonu üzrə 5, Xaçmaz rayonu üzrə 4, Xızı rayonu üzrə 2, Xocalı rayonu üzrə 2, Xocavənd rayonu üzrə 1, Yardımlı rayonu üzrə 5, Yevlax rayonu üzrə 5, Zaqatala rayonu üzrə 3, Zəngilan rayonu üzrə 6, Zərdab rayonu üzrə 10 ümumi təhsil müəssisəsində, ümumilikdə 586 direktor vəzifəsi vakansiyaya çıxarılıb.
 
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatı 18-31 mart tarixlərində aparılacaq, ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ bu ilin aprel ayında baş tutacaq.
 
Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. Müsabiqə 4 mərhələdən ibarət olacaq.
 
Direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.
 
"Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol