• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Şumer mifologiyası: Yerdə insanın yaradılışı Tanrının planına daxil deyildi

Şumer mifologiyası: Yerdə insanın yaradılışı Tanrının planına daxil deyildi
18.11.2016 12:11
Hər kəs şumerdən və şumerlərdən yazır. 

Bəşəriyyətin ilkin tarixinin üzərindəki sirr pərdəsi isə heç cür götürülmür. Şumerlərin tarix səhnəsinə gəlişindən, gedişinə qədər hər məqam maraq və təəccüb doğurur.

 Dünyanın bütün alimləri gecə-gündüz çalışıb, vuruşub şumerləri nə Hind-Avropa, nə semit, nə də digər bir mənşəyə uyğunlaşdıra bilmirlər. Bu qədər sirli və mifik görünüş yaradan sivilizasiya bir o qədər də, ciddi qəbul edilmiş faktlarla bizi düşünməyə vadar edir.

Və bu ciddiyyəti hal-hazırda heç kim inkar etmir. Təəccüblüdür ki, şumerlərin ixtiraları müasir dövrümüzdə həyatımızın bir hissəsinə çevrilib. Bəzilərini sadalamaq kifayət edər ki, şumer mədəniyyətinin bəşəriyyət üçün önəmini dərk edək.

1.İlk yazı - Mixi yazı

2.Təkər, araba.

3.Ticari münasibətlər.

4.Bürüncün əldə edilməsi (Sink və misin ərintisinin xüsusi nisbəti)

5.Toxuculuq

6.Şüşə istehsalı

7.Tibb sahəsində uğurlar

8.Yerin məhz, Günəşin ətrafında fırlanması və planetlərin dəqiq sayı.

9.Yer kürəsinin fırlanma oxunun meyilliliyi 23,5⁰ olması. Riyaziyyat və astronomiyanın əsasının qoyulması.

10 DNK-nın spiral forması.

11.İlin 12 aya, günün isə 24 saata bölünməsi.

Siyahını çox uzatmaq olar. Ancaq məsələnin digər bir tərəfi diqqət çəkir. İnsanlar hələ də Şumer sivilizasiyasının yaratdığı mifologiyanı ciddi qəbul etmir. Əslində bu heç miofologiya da deyil. Ən yaxşı halda bunu "Qədim dünya tarixi" və ya "İnsanın meydana gəlməsi” əsəri adlandırmaq olar.

Birbaşa mətləbə keçək. Məhz, şumer miofologiyasında göstərilir ki, təxminən 400 - 420 min il öncə Günəş sisteminə aid Niburi planetinin sakinləri-annunakilər (nefelimlər) planetin atmosferini qoruyub saxlamaq üçün qızıl axtarışına çıxmış və məhz sonda Yer planetini seçmişlər. Mifologiyada göstərilir ki, onlar qızılı buxarlandıraraq ionlarının köməyi ilə atmosferlərinin parçalanmasının qarşısını almış olacaqdılar. Maraqlıdır ki, müasir dövürdə kosmik gəmilərdə bu üsuldan istifadə olunur. Niburi planetin mövcudluğuna gəldikdə isə müasir astronomiyada belə yetərincə fərqli fikirlər mövcuddur. Astronomiya elmi həm onu qəbul, həm də inkar edə bilir. Son on ildə Neptundan daha uzaqda yerləşən və Günəş sisteminə aid olan bir neçə cırtdan planetin, Erida, Sedna, Xaumeanın kəşf edilməsi bu məsələni bir daha gündəmə gətirdi. Ehtimal olunan versiyalardan biri odur ki, planet çox basıq orbitə malikdir və orbital dövr etmə müddəti 3600 ildir.

Niburi Yer planetinə Mars və Yupiterin arasında olan zaman ən yaxın olur. Məhz, bu vaxt Niburinin sakinləri - annunakilər Yerə gəlmiş və nə az, nə çox düz 100-150 min il yerdə qızılın çıxarılması ilə məşğul olmuşlar. Mülahizələrə görə, onlar Yerdə bir neçə uçuş meydançaları qurmuşlar: Bəəlbək (Livan), Puma Punku (Boliviya). Onların əsas fəaliyyət göstərdiyi ərazi Şərqi Afrikadan tutmuş müasir İraqın ərazisinə qədər olan bölgəni əhatə etmiş. Onu da, qeyd edək ki, məhz, İraqın ərazisindən yaşı 100 min olan emal olunmuş qızıl tapılıb.

Bu mifoloji fikirlər təkcə şumer yazılarında deyil, həm də Akkad, Babil salnamələrində də, diqqət çəkir. Məhz, bu yazılarda gəlmələr Allah kimi qələmə verilmiş və boyları hündür - 3 m göstərilir. Bütün şumer rəsmlərində allahlar hər zaman insanlardan uca göstərilir. Annunakilər heç də hamılıqla yerə gəlməmiş, bir qismi müasir dillə desək, orbital stansiyada ümumi nəzarətlə məşğul idilər. Yerdə olanların arasında özəl mədənlərdə işləyən qruplar mövcud olmuş. Uzun sürən ağır zəhmət bu qrup arasında narazılıq yaratmış və sonda üsyan baş vermiş. Nə qədər təəccüblü səslənsə də, bu üsyan nəticəsində biz-insanlar meydana gəlmişik. Bəli, insanlar. Ağır işdən imtina edən annunakiləri razı salamaq üçün mifologiyada adı keçən allah-rəhbərlər Enil, Anu və ya Allalunun (Bir çox mənbələrdə fərqli-fərqli adlar göstərilir, Allalunu isə analoji olaraq Allah kimi də tərcümə edirlər) göstərişi ilə Afrika cəngəlliklərində yaşayan insanabənzər dişi meymunun yumurta hüceyrəsi erkək annunakinin yumurta hüceyrəsi ilə mayalandırılır. Mayalanmış yumurta hüceyrə sonradan qadın annunakinin uşaqlığına yerləşdirilərək sonda yeni bir maşın-insan əldə edilir. İlk vaxtlar bu maşın-insan ancaq işləmək, əmrə tabe olmaq özəlliyinə malik idi. Uğurlu nəticədən sonra annunakilər daha təkmil maşın – ağıllı insan (Homo sapiens) əldə etdilər. Bu, təxminən 300 min il öncə baş vermiş. O artıq çoxalmaq qabiliyyətinə də malik idi. Maraq çəkən məqamlardan biri də odur ki, mifologiyada bu yeni yaradılan varlıqlar qarabaşlar adlanıb. Qarabaşlar, demək olar ki, bütün sahədə annunakilərə xidmət etməyə başladı. Bu yerdə bizim dilimizdə evdə xidmət edən qadına qarabaş deyilməsi də diqqət çəkir. Daha sonralar yeni yaradılmış- faydalı qazıntı çıxaran qul-insanlar həm düşünə, həm də qərar verə bilirdilər. Annunakilər yerdə bir çox təsərrüfat işləri ilə məşğul olub və bunları insanlara da öyrədiblər. Hətta deyilir ki, yerə qoyun və üzüm Niburidən gətirilibmiş. Gec-tez annunakilər Yeri tərk edib. Planetlərinin və özlərinin taleyi haqqında insanlara bir bilgi ötürülməsə də, insanlar onlardan qalan bütün nə varsa tədricən mənimsəməyə başlayıb. Dediyimiz bölgədə daha sonralar Şumer sivilizasiyası meydana gəlib. Ola bilsin ki, annunakilər təkcə şumer sivilizasiyasının təkan verici olmayıb, onlar həm də mayya və digər qədim mədəniyyətlərin inkişafına səbəb olublar.

Yenidən qayıdaq insanın meydana gəlməsinə. Məhz, annunakilərin gen mühəndisliyi ucbatından alimlər insanabənzər meymundan insanın meydana gəlməsini göstərən dəlilərdə ardıcıllıq tapa bilmirlər. Əlavə olaraq, onu da demək yerinə düşər ki, Çarlz Darvininin zamanında az-çox şumer mixi yazıları oxunsa da, ölümündən sonrakı dövrlərdə bu geniş vüsət aldı. 

Darvin bu mifologiyadan xəbərdar olsaydı, böyük ehtimal kı, "İnsanın mənşəyi və cinsi seçmə" əsərində bir çox dəyişikliklər etmiş olardı. Ancaq istənilən halda Darvinin təkamülün hərəkətverici qüvvələri öz qüvvəsində qalır:

1)Yaşamaq uğrunda mübarizə - Annunakilərin sağ qalmaq üçün Yerə gəlməsi və daha sonra mədənlərdə çətin şəraitə görə üsyan etməsi.

2) Təbii seçmə, əslində süni seçmə olmuş - Annunakilər Yerdə özlərinə az-çox bənzəyən insanabənzər meymunları seçdilər.

3) Mutasiya - burada da hər şey aydındır. Gen mühəndisliyi nəticəsində Annunaki və insanabənzər meymundan insan meydana gəldi.

Yekun olaraq, Yan Verixin sözlərini yada salmaq istərdim: "Tanrı insanı (annunakini) yaratdı, ancaq patentləşdirmədi. İndi isə hər bir axmaq onu kopyalaya bilər”

Namik Mantaşov







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol