• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi? - VİDEO + FOTO

Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi? - VİDEO + FOTO
29.05.2020 08:46

Bərdədə xanəndə dostunu 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub.


Anews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gün Bərdədə baş verib. Əvvəlcə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun olduğu minik avtomobili Bərdə-Ağcabədi yolunun Hacallı kəndindən keçən hissəsində qəzaya düşməsi ilə bağlı məlumat yayılıb. Araşdırmalar zamanı isə Miryusif Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.


Novruz Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb.


Bu gün səhər saatlarında isə Novruz Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb. Ekspertiza zamanı meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Novruz Hüseynovun yaxınları onun maşını yeni aldığını və dostu Miryusiflə kəndə getdiklərini bildiriblər. Yaxınlarının sözlərinə görə, gənclər yaxın dost olublar.


Mərhum Novruz Hüseynovun qardaşı Azər Hüseynov isə qeyd edib ki, onlar Ağcabədi rayonuna gəzməyə gediblər. Gecə saat 1-də qayıdıblar və səhər saat 5 radələrində yuxudan duraraq evdən çıxıblar. 2-3 saat sonra isə ailələri avtomobilin qəzaya düşməsi xəbərini alıblar.

Araşdırmalar zamanı isə məlum olub ki, Miryusif Mirizadəni məhz elə Novruz Hüseynov qətlə yetirib. O, dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına atıb. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Videonu izləmək üçün şəklə klikləyin:

Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi?



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol