• $
  • €
  • ₽
  • ₺
  • £

Onurğa sütununu bərpa edən, qadın və kişilərdə cinsi gücü artıran möcüzəvi MEYVƏ QURUSU

Onurğa sütununu bərpa edən, qadın və kişilərdə cinsi gücü artıran möcüzəvi MEYVƏ QURUSU
29.05.2020 03:29
1,5 ay ərzində hər gecə yatmazdan qaysı, əncir və qara gavalı qurusu yemək onurğa sütununu bərpa edərək gücü artırır, nəticədə orqanizmi daha gümrah edir.

Publika.az xəbər verir ki, 3 inqredientdən ibarət resepti hazırlamaq çox asandır.

Hazırlanması:

1 ədəd əncir qurusu

5 ədəd quru ərik (qaysı qurusu)

1 ədəd qara gavalı qurusu

Resept çox sadədir, onları xırda-xırda doğrayıb qarışdırın. Zövqə görə bal əlavə etmək olar.

Bu meyvə quruları fəqərə sümüyü yumşaq disk toxumalarını təşkil edən maddələri özündə ehtiva edir. Meyvə qurularında olan maddələr toxumaları daha möhkəm və elastik edir. Bu toxumaların güclənməsinə gətirib çıxarır ki, bu zaman onurğa sütunu xarici manul korrektə olmadan, təbiətin onlara rəva bildiyi vəziyyətlərinə qayıdır.

Belə prosedurun həyata keçirilməsi üçün lazım olan maddələr hər meyvədə ayrı-ayrılıqda olmur. Odur ki, onların üçünü də qarışdırmaq mütləqdir. Həmçinin bu üçlüyün vəhdəti nəticəsində sehrli güc meydana çıxır. Əncir, gavalı və ərik qurusu kişilərdə və qadınlarda cinsi gücü artırmağa qadirdir.

Resept xüsusilə ağır idman məşqlərindən sonra onurğa sütununu bərpa etmək üçün idmançılara tövsiyə edilir.

Ərik qurusu əsl vitamin deposudur. Qurudulmuş əriklərin kalium tərkibinə görə ürək əzələsinə faydalı təsir göstərdiyini elmi tədqiqatlarda sübut edilib. Bununla yanaşı, qurudulmuş ərik xərçəngin qarşısını alan çox faydalı məhsuldur. Bu möcüzəvi meyvə qurusu fosfor, dəmir, kalsium, karoten, B5 vitamin və s. faydalı maddələrlə zəngindir.

Əncir də xərçəngə qarşı profilaktik vasitədir, o, qalxanabənzər vəzin fəaliyyətini normallaşdırır. Bundan əlavə, əncir qurusu bağırsaq parazitlərini məhv etməyə kömək edir. Xalq təbabətində isə əncirdən bronxitin müalicəsində tətbiq edilir.

Qara gavalı sağlamlığınız üçün təbiətin bizə bir hədiyyəsidir. Bu meyvə ilk növbədə mədə-bağırsaq fəaliyyətinə müsbət təsir göstərir. Qara gavalı cövhəri həzm sisteminin işinin normallaşdırır və qəbizliyi aradan qaldırır.

Üstəlik, qara gavalı ürək və yüksək təzyiq problemlərinə qarşı effektivdir. Bundan başqa, hesab edilir ki, qara gavalı böyrək xəstəlikləri, revmatizm, qaraciyər xəstəlikləri və ateroskleroza qarşı faydalı xassələrə malikdir. A vitamininin yüksək konsentrasiyası sayəsində isə o həm də görmə qabiliyyətini yaxşılaşdırır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol