• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəb direktoru qızı ilə birləşib qadın müəlliməni döydü - İş prokurorluqdadır

Azərbaycanda məktəb direktoru qızı ilə birləşib qadın müəlliməni döydü - İş prokurorluqdadır
29.05.2020 02:59
Tərtər rayonu Umudlu kənd orta məktəbində direktor Zabil Zeynalov və müavini Şəfa Cavadova arasında insident yaşanıb.

Bu barədə "Yoxsulluğun azaldılması, əlil və kimsəsizlərə kömək" İctimai Birliyinin Tərtər üzrə regional koordinatoru Günel Əliqızı bu barədə Femida.az-a məlumat verib:

"Zabil müəllim qızı Rəna Zeynalova ilə birlikdə məktəbin dərs hissə rəhbərini döyüb. Mən 3 ildir çalışdığım QHT-in Tərtər rayonu üzrə regional koordinatoruyam. Həmin məktəbin direktoru dəfələrlə təşkilatımıza mənə qarşi hörmətsizlik edib. Uşaqların qarşısında məktəb direktoru istədiyi hərəkəti edə bilərmi?! Artıq məsələ prokurorluğa və polisə bildirilib. 2 gün bundan əvvəl Umudlu kənd orta məktəbinin direktoru qızı ilə birlikdə direktor müavinini döyüblər. Hadisəyə səbəb direktorunun qardaşı gəlini olan Könül xanım tərəfindən sinif jurnalının evə aparılması olub. Orada müəllim işləyən Könül xanım heç kimə xəbərdarlıq etmədən jurnalı evə aparıb. Müavin bildirib ki, jurnal məktəbdən kənara çıxarıla bilməz. Şəfa xanım iradını bildirəndə direktor onunla mübahisə edib. Daha sonra davaya direktorun qızı Rəna Zeynalova da qoşulub. O, Şəfa xanımı əlindəki sumka ilə vurub. Müəllimə özü prokurorluq və polis orqanlarına ərizə ilə müraciət edib".

Məsələnin detallarına varmaq üçün Umudlu kənd orta məktəbinin direktoru Zabil Zeynalov məsələ ilə bağlı Femida.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Yayılan məlumatlar əsassızdır. Bu məktəbdə elə bir şey olmayıb. İndi bu məlumatın necə yayılıb kökündən araşdıracağıq. Hər şey aydınlaşacaq. Axı gərək belə bir hadisə olsun ki, belə bir məlumat yayılsın. Hər hansı şəxsin "facebook"da məlumat yayması hadisənin həqiqət olduğunu əks etdirimir".

Direktor məktəbdə müəllimənin jurnalı evə aparması məsələsindən də danışıb: "Jurnalı sinif rəhbəri evinə aparıb, səhər də məktəbə gətirib. Başqa adam aparmayıb ki? Jurnalı evə aparmaq nə böyük cinayətdir ki?".

Hələ ki, döyüldüyü iddia edilən Şəfa Cavadova ilə əlaqə yaratmaq mümkün olmayıb. Femida.az məsələni diqqətdə saxlayacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol