• $
  • £

Oktyabrda Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq

Oktyabrda Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq
12.09.2019 22:00
"Caspian Event Organisers” (CEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild 2019”) çərçivəsində alıcı missiyası təşkil olunacaq.

Azpromo-dan "APA-Economics”ə verilən məlumata görə, 22-25 oktyabr tarixində Bakı şəhərində keçiriləcək "BakuBuild 2019” sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.

Azpromo-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevin sözlərinə görə, "Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm- dəstək tədbirindən biridir. Sözügedən mexanizm "Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol