• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT

Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT
11.10.2019 12:03
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Publika.az-a daxil olan birgə məlumata görə, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli və yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Cəmiyyət 16:26
Küləkli və yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Bako Sahakyan Azərbaycan ərazilərinin işğalında iştirakını məhkəmədə etiraf edib
Cəmiyyət 15:50
Bako Sahakyan Azərbaycan ərazilərinin işğalında iştirakını məhkəmədə etiraf edib
Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir
Cəmiyyət 14:52
Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Cəmiyyət 13:54
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
A]damda 4 otaqlı ev yanıb
Cəmiyyət 13:24
A]damda 4 otaqlı ev yanıb
DTX-dən əməliyyat- Həbs edilənlər var/VİDEO
Cəmiyyət 12:57
DTX-dən əməliyyat- Həbs edilənlər var/VİDEO
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:54
Sabahın havası açıqlanıb
Anar Məmmədlinin məhkəməsi başlayır
Cəmiyyət 12:29
Anar Məmmədlinin məhkəməsi başlayır
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Cəmiyyət 12:26
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol