• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır? - RƏSMİ

Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır? - RƏSMİ
26.11.2019 11:18
Ötən gün sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində tərkibində donuz dərisi olan kolbasaların satışı ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Ajiotaja səbəb olan məlumatlar insanları narahat etməyə başlayıb. Məsələnin bir başqa tərəfi isə həmin məhsulların "Araz” Supermarketlər Şəbəkəsində satılmasının xüsusi qeyd edilməsidir. 

Yayılan məlumatlarda "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun da rəyi var. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, istehlakçılar üçün məlumat standartları müəyyən edilməzsə, əhali tərkibinə nəinki donuz dərisinin, eləcə də, toyuq dərisi və digər heyvanların dərisinində qatıldığı məhsulları yeyəcək. Hələ bu yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğu yazılıb.

Qeyd edək ki, yayılan məlumatlarda adıçəkilən "Araz” Supermarketlər Şəbəkəsi donuz dərisi qatılmış kolbasaların satışı ilə bağlı iddialara rəsmi cavab verib. "Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən kolbasalar yalnız onların marketlərində satılmır:

"Son günlər yayılan məlumatlarda "Araz” Supermarketlər Şəbəkəsinin adının halandırılması bizi narahat edir. Belə ki, sözügedən və bizim də marketlərimizdə satılan Belarusun Vitebsk vilayətində istehsal olunan "Ganna” şirkətinə məxsus "Mortadella” kolbasası toyuq ətindən hazırlanıb.
Eyni zamanda, tərkibində donuz piyi mövcuddur. "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu olduğunu bildirib. Bir daha qeyd etmək istərdim ki, "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu deyil, donuz piyi var.
Onu da qeyd edək ki, tərkibində donuz piyi olan bir çox kolbasa çeşidləri var ki, onlar marketdə ayrıca sərgilənir. Hər bir məhsulun isə öz istehlakçısı var. Bu, artıq müştərinin seçiminə bağlıdır.

Bundan əlavə, bildirmək istərdik ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal məhsullarının hər partiyasından nümunə götürür, müvafiq yoxlanışlardan keçir, yalnız bundan sonra satışına icazə verilir. "Araz” Supermarketlər Şəbəkəsi daima müştərilərini keyfiyyətli qida məhsulları ilə təmin etməyə çalışır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Cəmiyyət 17:00
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Cəmiyyət 16:21
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:20
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Rezidenturaya ixtisas seçimi başlayıb
Cəmiyyət 15:14
Rezidenturaya ixtisas seçimi başlayıb
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Cəmiyyət 13:38
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Cəmiyyət 13:18
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Cəmiyyət 12:36
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Cəmiyyət 11:16
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol