• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Övladlarınıza aldığınız hədiyyəli "yumurta"lar XƏRÇƏNG YARADIR - ARAŞDIRMA

Övladlarınıza aldığınız hədiyyəli
25.12.2019 16:50
Şokolad və oyuncaqlar hər bir uşağın ayrılmaz parçasıdır deyə bilərik. Bu ikilini isə eyni anda mağaza və super marketlərin vitrinlərində gördüyümüz hədiyyəli "yumurtalar” bir araya gətirir. Həm şokoladdan, həm də hədiyyədən ibarət olan bu "yumurta”ları isə valideynlər övladlarına sevə-sevə alırlar.
 
Lakin, valideynlər övladlarını sevindirməklə yanaşı, özləri də bilmədən onlara zərər verirlər. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, xüsusilə uşaqların istehlak etdiyi bu hədiyyəli "yumurta”lar, sağlamlıq baxımından olduqca risklidir. Belə ki, sözügedən "yumurta”ların içərisindəki sarı rəngli plastik qablar qida ilə təmasda olduqda kanserogen Bisfenol-A (BPA) və Dioksin maddələri ehtiva edir. Həmin maddələr isə obezite, depressiya, süd vəzi xərçəngi kimi bir çox ciddi xəstəliklərin yaranma riskini artırır. Bu bir çox elm adamları tərəfindən artıq sübut olunmuş faktdır.
 
Məhz bu təhlükəyə görə, hədiyyəli "yumurta”lar Amerika və Kanada kimi böyük ölkələrdə qadağan olunub.

Yeniavaz.com olaraq bu barədə araşdırma apardıq.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən qidanın içərisindən çıxan oyuncaqların da uşaq üçün təhlükə yaratdığını bildirdi: "Təkcə təmasda olan zaman yaranan maddə yox, bundan başqa onun içərisindən çıxan kiçik oyuncaqlar da uşaqlar üçün təhlükə yaradır.
 
Oyuncaqların uşaqların boğazında qalaraq boğulma yaratma ehtimalı yüksəkdir. Dünya İstehlakçı Təşkilatları üç ildən bir toplaşıb bu cür məsələləri müzakirə edirlər. O cümlədən belə hədiyyəli yumurtaları da müzakirə edirlər. Düzdür, ümumilikdə götürsək bu arzuolunmaz qidadır. Lakin təəssüf ki, Azərbaycanda satılır. Buna səbəb də tələb və təklifin olmasıdır. Tələbdən təklif meydana çıxır və bu cür məsələlərə nəzarət olunmur.

Hədiyyəli "yumurta”ların  içərisindəki plastik qabla, şokoladın təmasda olması halı da arzuolunmazdır və uşaqlar üçün ciddi təhlükə yaradır. Lakin, malların təhlükəsizliyinə nəzarət edən qurum yəni, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) var, keyfiyyətinə nəzarət edən dövlət qurumu isə yoxdur. Buna görə də, Azərbaycanda belə mallar satılır”.

Uşaqların sağlamlığına vurduğu zərərləri nəzərə alaraq Tibb elimləri doktoru Adil Qeybullayevlə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, plastik qabla qida təmasa girdikdə xərçəng xəstəliyini yaradan konserogen maddələr ifraz edir:

"Ümumiyyətlə bəzi ölkələr plastik qablardan artıq imtina edib. Qidaların daşınması və saxlanılması üçün plastik qabların istifadəsi zərərlidir. Müəyyən edilmişdir ki, günəş şüaların, istiliyin təsirindən onlarda dioksin adlanan toksik maddə ifraz olunur və qidanın qidaya toksiki təsiri olur. Günəş altında qalan içkilər də təhlükəlidir. Buna görə də plastik qablardan istifadə məqsədə uyğun deyil. Məişətimizdə isə çox təəssüf ki, ayrılmaz bir hissəyə çevrilib. Yavaş-yavaş biz də çalışmalıyıq ki, belə vasitələrdən imtina edib, təsirsiz vasitələrə keçək.

Mən hesab edirəm ki, konservə olunmuş məhsullardan istifadə etmək lazım deyil. Bura süd məhsulları da daxildir. Sadəcə ölkədə qida təhlükəsizlik problemi olduqca ciddidir. Bu cür qidaların tərkibinə qida əlavələri qatırlar. Həmin əlavələr də ayrılıqda qida kimi istifadə olunmur. Həmin əlavələr də bəzən neqativ və yan təsirlər yaradır.
 
Məsələn, Rusiya Federasiyasında bəzi belə qidalar var ki, onların ölkəyə girişi qadağan olunub. Hansı ki, onlar xərçəng, xəstəliyi kimi bir çox ciddi xəstəliklərə yol açır. Eyni zamanda dölə, ürəyə toksiki təsir edir. Bu artıq sübut olunmuş bir şeydir və ciddi xəstəliklər yaradır. Uşaqları da belə qidalardan uzaq tutaraq, onları qorumalıyıq. Eyni zamanda belə mövzularda ciddi olmalıyıq, amma təəssüflər olsun ki, korporativ maraqlar milli maraqları üstələyir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Elm və Təhsil Nazirliyinə 71 938 vətəndaş müraciəti daxil olub
Cəmiyyət 16:02
Elm və Təhsil Nazirliyinə 71 938 vətəndaş müraciəti daxil olub
Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib
Cəmiyyət 15:40
Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib
Azad edilmiş ərazilərdə ötən ay 322 mina aşkarlanıb
Cəmiyyət 14:18
Azad edilmiş ərazilərdə ötən ay 322 mina aşkarlanıb

Media subyektlərinin hansı hallarda Media Reyestrindən çıxarılacağı müəyyənləşib
Cəmiyyət 13:59
Media subyektlərinin hansı hallarda Media Reyestrindən çıxarılacağı müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol