• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
01.08.2025 15:08

İnnovasiya və sürət lideri “Bakcell” MMC dünyanın aparıcı taksi aqreqatorlarından biri olan “Uber” ilə əməkdaşlığını davam etdirir. “Uber” platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu "Bakcell”in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən faydalana biləcəklər.

Təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq.

“Bakcell” davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib.

Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol