• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölənlər olduqca çoxdur və cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb" - Faiq Ağayev

"Ölənlər olduqca çoxdur və cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb" - Faiq Ağayev
29.05.2020 03:23
"Hər şey dünən gecə olmuş kimi gözümün önündədir...” Xalq artisti Faiq Ağayev bu sözləri 20 Yanvar faciəsindən danışarkən deyib.

BAKU.WS xəbər verir ki, Xalq artisti"Facebook” hesabında bu gün kədərlə andığımız 30 illik milli faciə ilə bağlı xatirələrini bölüşüb:

"Mənim 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram. Evimiz "Salyan kazarması”nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər – axı, onda hamımız sovet xalqı idik.
Əlbəttə, kütlə arasında təxribatçılar və təhrikçilər şayiələr yayırdılar ki, "İran sərbazları”, "Türk əsgərləri” gələcəklər və onların tanklarını, hərbi qoşunlarını daşla, ağacla qarşılamaq lazımdır. Qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə onlar "buxarlandılar”. Bir ildən sonra həmin təxribatçılar hakimiyyətə gəldilər və yüksək vəzifə tutdular.

Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi baxırdı... Səhər atamla çörək almağa çıxdıq. "Salyan kazarması”nın yanından "Xəzər” kinoteatrı, "Kaspar” xəstəxanası və "Olimp” mağazasına doğru gedirdik.

Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük...

Qar yağırdı və buna görə 20 Yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini tamlıqla görmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz evlərin demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi.

Daha sonra dəfnlər başladı... Şayiələr gəzirdi ki, ölənlər olduqca çoxdur və cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb.

Üstündən bu qədər illər keçməsinə baxmayaraq mənə indi də bu barədə danışmaq çox çətindir. Qorxunc faciə yaddaşlarda yaşayır". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol