• $
  • €
  • ₽
  • ₺
  • £

Polis cərimələnməmək üçün baqajlarını açan sürücülərə görə hərəkətə keçdi - FOTO

Polis cərimələnməmək üçün baqajlarını açan sürücülərə görə hərəkətə keçdi - FOTO
24.01.2020 14:44
Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri, 28 May küçəsi, 23 saylı məktəbin qarşısında bir neçə nəqliyyat vasitəsi dayanma durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədilə baqaj hissəsinin qapağını açıq qoyub.
 
Modern.az geniş müzakirələrə səbəb olan şəkillərlə bağlı rəsmi qurumların mövqeyini öyrənib.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, son vaxtlar sürücülərin cərimədən yayınmaq üçün əl atdıqları üsullardan xəbərdardırlar:
 
"Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh tədbirlərini keçirməməsi üçün ya nömrələrin üstünü bağlayırlar, ya da baqajını açıq qoyurlar. Bu, yolverilməzdir”.
 
V.Əsədov yayılan fotoşəkillərlə bağlı ərazidə xidmət göstərən inspektorlara məlumat verildiyini bildirib: "Onlar lazımi tədbirlər görəcəklər”.
 
Şöbə rəisi məsələ ilə bağlı sürücülərə müraciət ünvanlayıb:
 
"Hörmətli sürücülər, hörmətli avtomobil sahibləri! Necə düşünürsünüz, gizlənməyə çalışmaq, yaxud baqaj yerinin qapağını qaldırmaq sizi məsuliyyətdən azad edir?!”
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dayanma durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir:
 
"Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameralarının olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunazidd əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İXM-nə uyğun tədbir görülür”.
 
BNA rəsmisi deyib ki, sürücülərin bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır:
 
"Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib
Cəmiyyət 15:31
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib

Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
Cəmiyyət 14:55
Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək


DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Cəmiyyət 14:07
DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb

Sabah yağış yağacaq
Cəmiyyət 13:17
Sabah yağış yağacaq

8 Noyabr prospektində hərəkət bərpa olunub
Cəmiyyət 13:11
8 Noyabr prospektində hərəkət bərpa olunub
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb
Cəmiyyət 10:49
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:20
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib
Cəmiyyət 09:47
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib

Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Cəmiyyət 09:38
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol