• $
  • £

Gürcüstan Rusiyanı genişmiqyaslı kiber hücumda ittiham etdi

Gürcüstan Rusiyanı genişmiqyaslı kiber hücumda ittiham etdi
20.02.2020 18:30
"Ötən ilin oktyabrın 28-də Gürcüstanda genişmiqyaslı kiber hücumu Rusiya həyata keçirib”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Vladimir Konstantinidi keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, kiber hücum Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında planlaşdırılıb: "Gürcüstan tərəfi bunu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq nəticəsində apardığı araşdırma ilə müəyyən edib. Gürcüstanın Prezident Administrasiyası, məhkəmə orqanları, müxtəlif bələdiyyə, dövlət, kommersiya və media təşkilatlarının saytlarına edilən hücum nəticəsində idarəetmə sistemi zədələnib və onların fəaliyyətində çətinliklər yaranıb”.

XİN rəsmisi qeyd edib ki, kiber hücumun məqsədi Gürcüstanın milli təhlükəsizliyini sarsıtmaq, əhaliyə ziyan vurmaq, dövlət və digər qurumların fəaliyyətini pozmaq olub:
 
"Gürcüstan beynəlxalq hüquq və normalara zidd olan kiber hücumu pisləyir və bunu ölkənin suverenliyi və avroatlantik inteqrasiyasına qarşı yönələn pozuntu kimi qiymətləndirir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
“Azeri Light” nefti 103 dolları ötüb
Cəmiyyət 09:58
“Azeri Light” nefti 103 dolları ötüb
Bu gün Yel çərşənbəsidir
Cəmiyyət 09:00
Bu gün Yel çərşənbəsidir
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Cəmiyyət 08:10
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol