• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Xüsusi karantin rejiminin pozulma halları belə pozulub

Xüsusi karantin rejiminin pozulma halları belə pozulub
01.06.2020 22:00
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.
Bu barədə "Report”a qurumdan bildirilib.

Məlumata görə, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda "Zəngəzur market”, "Lay Lay uşaq aləmi”, "Məktəb ləvazimatı”, "Şirinbala uşaq aləmi” mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, "X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda "Meqa Sığorta” ASC-yə məxsus "Meqa Sığorta” pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus "Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda "Zolushka ticarət mərkəzi”ndə, "Velvet” geyim mağazasında, "Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, "Benita” geyim mağazasında, Abşeron rayonunda "Dəniz market”də, Qobustan rayonunda "Bol Market”də və "Ramil Market”də, Masallı rayonunda "Papatya dönər evi” və "Retro kafe”də, "Sevinc Mebel”, "Soliton” mağazalarında, Ağsu rayonunda "Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, "Umud Kafesi”ndə, Zaqatala rayonunda "Dönər Mağazası”nda və s., ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Qeyd edək ki, mayın 22-dən 31-dək 1 984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol