• $
  • €
  • ₽
  • ₺
  • £

DİM onlayn imtahanlarla bağlı sınaq imtahanı keçirib

DİM onlayn imtahanlarla bağlı sınaq imtahanı keçirib
06.06.2020 23:00
Dövlət İmtaha Mərkəzinin mütəxəssislərinin hazırladlığı onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan "ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün qeydiyyat 4 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.

İmtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.

Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər "ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.

Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri isə aşağıdakı linkdə verilib. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/System....

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:18
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Cəmiyyət 15:55
İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Yol Polisi adından vətəndaşlara qarşı fişinq hücumları artıb
Cəmiyyət 15:38
Yol Polisi adından vətəndaşlara qarşı fişinq hücumları artıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Cəmiyyət 15:18
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Gəncədə avtobus işıq dirəyinə çırpılıb
Cəmiyyət 15:15
Gəncədə avtobus işıq dirəyinə çırpılıb
Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır
Cəmiyyət 15:11
Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır
Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 13:53
Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Abadlaşdırma işlərinə 640 milyon manat ayrılması nəzərdə tutulub - nazir
Cəmiyyət 13:42
Abadlaşdırma işlərinə 640 milyon manat ayrılması nəzərdə tutulub - nazir
Astarada mikroavtobus aşıb, yaralılar var
Cəmiyyət 13:09
Astarada mikroavtobus aşıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol