• $
  • €
  • ₽
  • ₺
  • £

Abadlaşdırma işlərinə 640 milyon manat ayrılması nəzərdə tutulub - nazir

Abadlaşdırma işlərinə 640 milyon manat ayrılması nəzərdə tutulub - nazir
11.11.2026 13:42

Gələn il Bakı və ölkənin digər rayonlarında abadlaşdırma işləri üçün ümumilikdə 640 milyon manata yaxın vəsait nəzərdə tutulub. Bunu maliyyə naziri Sahil Babayev büdcə müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, regionlarda yaşayış binalarının təmiri üçün təxminən 60 milyon manat vəsait müəyyən edilib.

“Yəni kifayət qədər vəsait müəyyən edilir, prioritetlik əsasında müvafiq qurumlarımız bunun icrasına baxmalıdırlar”, - Babayev qeyd edib.

Nazir dövlət investisiya proqramı çərçivəsində vəsaitlərin bölgüsünün layihələrin icra vəziyyəti dəqiqləşdirildikdən sonra aparıldığını bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində 400-dən artıq, dövlət investisiya proqramı üzrə isə təxminən eyni sayda layihə həyata keçirilir.

“İl ərzində 700-800 əhəmiyyətli investisiya layihəsi dövlət qurumlarımız tərəfindən icra olunur”, - Babayev vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 13:53
Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Astarada mikroavtobus aşıb, yaralılar var
Cəmiyyət 13:09
Astarada mikroavtobus aşıb, yaralılar var
Baş nazirin qəbulunda olsam da problem həll olmadı - deputat
Cəmiyyət 13:09
Baş nazirin qəbulunda olsam da problem həll olmadı - deputat
Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat
Cəmiyyət 12:57
Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat
SOCAR-ın Türkiyəyə əlavə 7 milyard dollar yatırması əsaslandırılmalıdır - deputat
Cəmiyyət 12:51
SOCAR-ın Türkiyəyə əlavə 7 milyard dollar yatırması əsaslandırılmalıdır - deputat
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Cəmiyyət 12:43
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Deputat: ehtiyatda olan hərbçilərin mənzil növbəsi açıqlanmalıdır
Cəmiyyət 12:43
Deputat: ehtiyatda olan hərbçilərin mənzil növbəsi açıqlanmalıdır
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Siyasət 12:14
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Cəmiyyət 11:40
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol