• $
  • €
  • ₽
  • ₺
  • £

"ASAN xidmət” və "ASAN Kommunal" - BİR GÜN İŞLƏMƏYƏCƏK

"ASAN xidmət” və "ASAN Kommunal" - BİR GÜN İŞLƏMƏYƏCƏK
24.06.2020 15:18
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Anews.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 27 iyun tarixindən etibarən isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, 27 aprel tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq edilib. 

Qeyd olunan müddətdə müvafiq Qərar ilə əlaqədar məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı "ASAN xidmət” və 2 saylı Bakı "ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol