• $
  • €
  • ₽
  • ₺
  • £

DİN rəsmisi: "Mən o sakinləri tanımıram" - VİDEO

DİN rəsmisi: "Mən o sakinləri tanımıram" - VİDEO
25.06.2020 14:48
Xüsusi karantinin tətbiq olunduğu bu günlərdə Yasamal rayonunda eyvana çıxaraq, Azərbaycan polisinin şəninə mahnı oxuyan, daha sonra onlara çiçək atan "qonşular”ın fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə yol açıb. Fotoda əllərində dönər və sərinləşdirici içki olan "qonşular” konsert sonrası kollektiv görüntülərini əbədiləşdiriblər. Əksəriyyət "qonşular”ın jestini ucuz şou adlandıraraq, bunu təşkil edənləri qınayıb.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərlə razılaşmayıb:

"Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik”.Qonşuların Milli Konservatoriya tələbələri olmasına gəlincə, DİN rəsmisi bundan məlumatsız olduğunu deyib:

"Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur. Bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi. Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir”.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol