• $
  • €
  • ₽
  • ₺
  • £

“Bona Dea”dan 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı AÇIQLAMA

“Bona Dea”dan 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı AÇIQLAMA
26.06.2020 21:42
"Bona Dea” Beynəlxalq Hospitalı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.
Tibb müəssisəsinin yaydığı açıqlamada qeyd olunub ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı iyunun 5-də qanhayxırma və son 20 gündə səkkiz kiloqram arıqlama şikayəti ilə tibb müəssisəsinə müraciət edib. 
Bildirilib ki, o, onkoloq tərəfindən müayinə olunub. Müayinə zamanı digər xəstəxanalarda aparılan radioloji müayinələr (torakoabdominal KT) araşdırılıb, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanmışdı. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub:

"Xəstə və yaxınlarının yazılı razılığı əsasında qaraciyərdəki ocaqdan invaziv həkim radioloq tərəfindən biosiya götürülüb. Nəticədə xəstəyə "koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub.
Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından xəstənin yaşı nəzərə alınaraq zaman itirmədən kimyəvi müalicə başlandı. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib.
Təqib zamanı qaraciyərdəki metastaz ocaqlarından qanaxma aşkarlandı və dayandırıldı. Kimyəvi terapiya davam etdirildi. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlandı. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq xəstə ağciyər çatışmazlığından iyunun 25-də vəfat edib.
Prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının "maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol