• $
  • €
  • ₽
  • ₺
  • £

Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri koronavirusa yoluxub? - TƏBİBdən AÇIQLAMA

Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri koronavirusa yoluxub? - TƏBİBdən AÇIQLAMA
27.06.2020 12:38
Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva, Kərimova Jalə, Fazilə, Səba, Aygün, Şəlalə və Pərvanə adlı təmizlik işçisində (sanitarka) COVİD-19 aşkarlanıb. Yoluxanlar çalışdıqları institutda müalicə alırlar. 
Ağciyər Xəstəlikləri İnstitutunun bir müddət əvvəl yoluxan 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev hazırda ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında yatır. Vəziyyəti çox ağırdır. Ölüm təhlükəsi var.

Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov BAKU.WS-ə açıqlamasında vəziyyətin acınacaqlı olduğunu bildirdi:
"İndiyədək institutun 20-yə yaxın işçisi koronavirusa yoluxub. Çünki müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil. Məndə olan məlumata görə, yoluxanların bir çoxları xəstə olduqları halda işlərinə davam edir. Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb, anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir. Yoluxanlardan birinin hamilə olduğu bildirilir.

Qeyd edim ki, Faiq Ağayevin 70 yaşı var. 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan olunduğu bir ərəfədə o işə çıxıb və nəticəsi göz qabağındadır.
İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeydlik mövcuddur. Tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkir. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. İnstitutda tibb işçiləri arasında yoluxma hallarının ciddi şəkildə artmasının səbəbi məhz bu amildir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında məsələyə aydınlıq gətirib: 
"İnstitutdan mənə verilən məlumata görə, yoluxanlar COVİD-19 xəstələri ilə işləməyən əməkdaşlardır. İlk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz".   

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol