Postu yoxlanılmadan keçən qadın ciddi cəzalandırılacaq - Nazirlikdən AÇIQLAMA

İyunun 26-da Sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. DİN-dən həmin görüntülər araşdırılıb və məlum olub ki, sürücü və videonu çəkib paylaşan şəxs İranə Əhmədova adlı poçt işçisidir.
Anews.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, avtomobili idarə edən şəxs həqiqətən də "Azərpoçt” MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşı İranə Əhmədovadır. Poçtun əməkdaşı tərəfindən çəkilib, paylaşılan video iş vaxtı qeydə alınmayıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























