• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinin qərarı ölkədə COVİD-19 xəstələrinin sayını artıra bilər - AÇIQLAMA

Səhiyyə Nazirliyinin qərarı ölkədə  COVİD-19 xəstələrinin sayını artıra bilər -  AÇIQLAMA
29.06.2020 13:32
İyul ayının 1-dən etibarən səhhətində narahatlıq hiss edən və yüksək qızdırması olan vətəndaşlar yaşadığı ərazi üzrə müəyyən edilmiş poliknikalara  yaxınlaşaraq COVİD 19 testi verə biləcək, xəstəliyə ehtiyac olmadığı təqdirdə də onların müalicələri həmin poliklinikaların həkimləri tərəfindən aparılacaq, bunu Anews.az-a Bakı poliklinikalardan birinin adının anonim saxlanılmasını istəyən həkimi bildirib. 
 
"Artıq poliklinikamızda filtrasiya otağı yaradılıb. Həmin otaqda 4 həkim işləyəcək. Bu otaqlar Səhiyyə Nazirliyinin  sərəncamı ilə açılır və COVİD-19- yoluxmuş xəstələr üçün nəzərdə tutulur. Bundan sonra qızdırması olan xəstələrdən  evdə yaxma götürülməyəcək. Onlar poliklinikaya gələcək və burada analiz verəcəklər. Onların gələcək müalicəsi də bizim həkimlər tərəfindən aparılacaq. Bu barədə qərar keçən həftə Həkimlərin təkmilləşdirmə institutunda poliklinikaların baş həkimləri ilə keçirilən toplantıda səsləndirilib" , - deyə həkim bildirdi. 
 
Bakının Yasamal rayonunun 39,19 və 3 sayl, Binəqədi rayonun  25 saylı, Nəsimi rayonunun isə  20 saylı poliklinikalarından bizə belə bir filtrasiya otaqlarının açılması faktını təsdiqlədilər. 

20 nömrəli poliknikadan anews.az-a verilən açıqlamada bildirildi ki, artıq poliknikada qərargah yaradılıb. Qızdırması və şikayəti olan xəstələrə baxılacaq. Məsləhət olduğu halda COVİD 19 analizi götürüləcək. Bunun üçün xəstə özü poliknikaya yaxınlaşmalıdır. 
 
Həmsöhbətimiz olan həkim həmçinin söylədi ki, bu qərar rayonda  xəstələrin sayının artmasına səbəb olacaq. "Belə ki, hər bir xəstə poliklinikaya gələrkən ictimai nəqliyyatdan istifadə edəcək, poliklinikada olarkən digər xəstələrlə təmasda olacaq və bu istər istəməz xəstəliyin artmasına gətirib çıxardacaq. Bu səhv qərardır. Buna yol vermək olmaz. Hər bir poliklinikanın nəzdində avtomobil var. Hansını ki, baş həkimlər öz məqsədləri üçün istifadə edir. Yaxşı olar ki, həkimlərə bu avtomobillər ayrılsın və onlar xəstələrin evlərinə getsinlər",  -  deyə o, vurğuladı.
 
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Azərbaycanda ambulator xidmət düzgün təşkil olunmayıb və çoxsaylı yalnışlıqlardan biri də bu qərarın olmasıdır.
 
"Səhiyyə Nazirliyi ilə TƏBİB arasında bu cür bölgü aparmaq düzgün deyil. Bununla bir qurum məşğul olmalıdır. Hansı ki, tam məsuliyyətlə cavab verməlidir. Eyni proseslə ayrı-ayrı qurum məşğul ola bilməz. Ambulator xəstə istənilən halda potensial stesionar xəstədir. İstənilən vaxt ağırlaşıb stasionara köçürülə bilər", - bildirdi Adil Qeybiulla.  

Məsələ ilə bağlı Səhiyyə Nazirliyiniə müraciət etdik və bəlli oldu ki, poliklinikaları öz balansına alan nazirliyin filtrasiya kabinetlərinin açılmasından heç xəbəri yoxdur. Belə ki, nazirliyin sözçüsü Elvin Hacıyev bildirdi ki, poliknikada xəstələrə nəzarət edilməsi səhiyyə nazirliyinin tabeliyində olan məsələ deyil.
 
"Poliknikada xəstələrə nəzarət edilməsi səhiyyə nazirliyinin tabeliyində olan məsələdir. Bu qərarın təsdiqlənməsi onlara aid deyil. Bu birbaşa TƏBİB-in səlahiyyətində olan məsələdir",  - deyə Hacıyev söylədi.
 
Xatırladaq ki, ötən həftə verilən göstərişə görə, bundan sonra koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək. Bu xəbərin bütün media qurumlarında yer aldığı təqdirdə Səhiyyə Nazirliyi sözçüsünün bundan xəbərsiz olması  diqqət çəkir. 
 
Bakının Yasamal rayonu ərazisində fəaliyyə göstərən 39 saylı poliklinikasında COVİD-19 xəstələri üçün açılan filtrasiya kabinetinin  fotosunu sizə təqdim edirik:
 

 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol