• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirildi

Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirildi
29.06.2020 16:01
Almaniyanın Frankfurt şəhərində yerləşən bir qaçqın yataqxanasında polis, bələdiyyə və "Diakonie” təşkilatının əməkdaşlarının birgə iştirakı ilə əməliyyat keçirilib. 

Anews.az xəbər verir ki, bu barədə "Report”un Avropa bürosuna həmin yataqxanada qalan Azərbaycan vətəndaşlarından daxil olan məlumatda deyilir ki, polis əməkdaşları və yataqxananın mühafizəçiləri səhər saatlarında otaqlara bir-bir girərək, elektriklə işləyən bütün cihazları toplayıblar. Buna səbəb isə, yataqxanada ümumi mətbəxlərin olmasına baxmayaraq, sakinlərin əlavə elektrikli sobalardan və su qızdırıcılarından istifadə etməsi olub. Hətta keçən həftə otaqlardan birində qısaqapanma nəticəsində yanğın baş verib.

Bundan sonra yataqxanaya məsul "Diakonie” təşkilatı sakinlərdən əlavə elektrikli avadanlıqları yığıb. Lakin, bəzi sakinlər elektrikli soba və su qızdırıcılarını verməkdən imtina ediblər. Ötən gecə də qısaqapanma nəticəsində yataqxananın ümumi elektrik bloku partlayıb və yataqxana səhərə qədər işıqsız qalıb.
Bundan sonra polis və yataqxana mühafizəçiləri məcbur bir-bir otaqlara girərək elektrikli cihazları toplayıblar.

Azərbaycan vətəndaşları bildiriblər ki, yaşadıqları yataqxanada sakinlər arasıda qaşınma xəstəliyi də yayılıb. Artıq sakinlərdən vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər. 54 sakində ağır formada qaşınma xəstəliyi qeydə alınıb. Xəstəliyin sürətlə yayılması bələdiyyəni hərəkətə gətirib. Bələdiyyə işçiləri ötən gün yataqxanaya gələrək, otaqları dərmanlayıblar.

Soydaşlarımız bildiriblər ki, qaldıqları yataqxanada vəziyyət olduqca ağırdır.

"Heç bir gigeyinik qaydalara riayət edilmir. Otaqlar taxta biti və gənə ilə doludur. Yüksək hərarəti olanlar camaatla birgə yeməkxanada otururlar. Camaat koronavirusa görə test tələb edir. Çünki 3-5 nəfərdə bu virusun əlamətləri var. Belə olan halda da digər sakinlər qorxurlar”- deyə soydaşlarımız bildiriblər.
İndi yataqxanada yanğın təhükəsizliyi sistemlərinin qurulması üçün sakinlərin yaxınlıqdakı məktəbin idman zalına köçürülməsi müzakirə edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol