• $
  • €
  • ₽
  • ₺
  • £

218 müəssisədə reyd keçirildi, inzibati qaydada tədbir görüldü

218 müəssisədə reyd keçirildi,  inzibati qaydada tədbir görüldü
29.06.2020 23:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 63 ictimai iaşə obyekti, 155 ərzaq satışı mağazası olmaqla ümumilikdə 218 müəssisədə reyd keçirib. 

AQTA-dan "Report"a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

◾ Bakı şəhəri üzrə:

Əhmədov Rəşad Musa oğluna, Həsənov Hüseyn Vəli oğluna, Kazımov Elşən Şücayət oğluna, Şahbazi Zahid Musa oğluna, Əhmədov Yusif Natiq oğluna, Davudzadə Günay Elşən qızına, Rzayev Samir İlyaz oğluna, Bağırova İrina Vladimirovna, Sayılova Mətanət İslam qızına, Mirzəyev Samir Rafət oğluna, Umudov Elşad Fərhad oğluna, Quliyev Kərim Mehdi oğluna, Hümbətov Xəqani Məhəmmədəli oğluna, Qəhrəmanov Ramin Soltan oğluna, Seyidov Mirağa Sabir oğluna, Hacıyeva Lətafət Tərif qızına, Şamilov Zülfiqar Kamandar oğluna məxsus ərzaq mağazaları, "Xudafərin AN”, "ƏVOA” MMC-lərə məxsus marketlər və "EF” market

Digər şəhər və rayonlar üzrə:

◾ Gəncə şəhərində "Elmanoğlu”, "Oba”, "Murad”, "NN”, "Moskva” marketlər və Əliyev İbrahim Fəxrəddin oğluna məxsus ərzaq mağazası
◾ Oğuz rayonunda "Royal Garden”, "Sərin bağ” restoranları

◾ Qəbələ rayonunda Məlikov Vüqar Abduhəlim oğluna məxsus kafe, Əzizov Tərlan Əziz oğluna, Bəxtiyarlı Bəxtiyar Rəfail oğluna, Qədirov Adil Nizam oğluna, Məmmədov Sənan Əlövsət oğluna, Ədilov Sərxan Fizuli oğluna məxsus ərzaq mağazaları

◾ Balakən rayonunda Mustafayev Səttar İbrahim oğluna məxsus ərzaq mağazası

◾ Zaqatala rayonunda Hudulov Hüsən Fətulla oğluna və İsmayılov Şirinbəy Mövlüd oğluna məxsus kafelər

◾ İsmayıllı rayonunda Gözəlov Xəyal Münasib oğluna məxsus ərzaq mağazası, Məmmədov Yunis Ramiz oğluna məxsus "Az Granata” mağazası, Əliyeva Sevda Ağahüseyn qızına məxsus şirniyyat mağazası

◾ Göyçay rayonunda Məmmədov Zaur Yalçın oğluna, Məcidov İlkin Xəqani oğluna, Məmmədov Zamiq Qədir oğluna və Abbasov Taleh Qoçu oğluna məxsus ərzaq mağazaları

◾ Şəmkir rayonunda "Ulu Göyçə”, "Vedili”, "Murad”, "Sabir”, "Kür balığı” kafeləri, "Sadiq” ərzaq mağazası


◾ Quba rayonunda "Ucuz” market, "Bizim Bağ” restoranı, Rzayev Xoşbəxt Zeynal oğluna və Xəlilov Toğrul Rza oğluna məxsus kafelər,

◾ Neftçala rayonu, Bankə qəsəbəsində Müslümova Rahilə Ramazan oğluna, Xantəmirov Böyükağa Sarı oğluna məxsus ərzaq mağazaları

◾ Ağcabədi rayonunda "Favorit”, "Uğur”, "Lider”, "Zahir”, "Afem”, "Real” və "Ramiz” ərzaq mağazaları, "Çinarlıq”, "Ay işığı” kafeləri

◾ Füzuli rayonunda "Mandarin”, "Elçin”, "Melisa”, "Nurlan”, "Oba” ərzaq mağazaları, "Xan bağı”, "Təbriz” restoranları, "Nicat”, "Qarabağ”, "Çinar” kafeləri
◾ İmişli rayonunda "Elçin”, "Sakit göl”, "Tərəkəmə”, "61”, "Meşə” kafeləri

◾ Zərdab rayonunda "Buta”, "Dalğa”, "Gündüzün kafesi” və "Kür” kafeləri

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan
sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol