• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir hamilə qadın koronavirusdan ölüb - Həkimdən XƏBƏRDARLIQ

Bakıda daha bir hamilə qadın koronavirusdan ölüb - Həkimdən XƏBƏRDARLIQ
29.06.2020 16:24
Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test edilib. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib. 

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub:

"29 həftəlik hamilə qadın iyunun 24-ü gecə saat 01-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib. 

Bizdə hamilə qadının bütün müayinələri aparılıb, ona koronavirus infeksiyası, ikitərəfli ocaqlı pnevmaniya diaqnozları qoyulub. Hamilə qadının əvvəldən ağır xəstəliyi olmayıb. Həmin qadında pnevmoniya koronavirusa yoluxandan sonra yaranıb. 

Əhalidən artıq dərəcədə xahiş edirik ki, sağlamlıqlarına ciddi yanaşsınlar.

İstər hamilələr olsun, istər digər vətəndaşlar, koronavirusun ilk simptomlarında həkimə müraciət etsinlər. Evdə özünüzü müalicə etməyin. Həkimə gec müraciət edəndə xəstəni ağır vəziyyətdən çıxarmaq daha çətin olur. Hər iki ağciyərin çatışmazlığı əmələ gəlir, vəziyyət daha da ağırlaşır. Evdə özünü müalicə etmək və həkimə gec müraciət etmək xəstənin vəziyyətini daha da ağırlaşdırır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol