• $
  • €
  • ₽
  • ₺
  • £

9 ölkədə axtarılan “Türk Eskobar” saxlanıldı

9 ölkədə axtarılan “Türk Eskobar” saxlanıldı
01.07.2020 19:30
9 fərqli ölkədə aparılan beynəlxalq narkotik əməliyyatı nəticəsində 1992-ci ildən bəri "Türk Eskobar” olaraq tanınan Nejat Daşla birlikdə aralarında həyat yoldaşı və baldızının da olduğu 67 şəxs saxlanılıb.

"Qafqazinfo” "Hürriyet”ə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında 3 nəfər hüquq-mühafizə orqanları əməkdaşları da var.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu əməliyyatın Ankara Baş Prokurorluğu, Narkotiklərlə Mübarizə İdarəsi, Ankara və İstanbul Polis Şöbələri, Maliyyə Cinayətlərinin İstintaqı İdarəsi (MASAK) ilə birlikdə uzun müddət planlaşdırıldığını bildirib.

"Dostlarımız cümhuriyyətin və yaxın keçmişimizin ən əhəmiyyətli əməliyyatlarından birini həyata keçiriblər. Bu əməliyyatın adı "Bataqlıq”dır. Bu əməliyyatın vacib tərəfi narkotik və narkotiklə əlaqəli qanunsuz gəlirlərlə mübarizə aparmaqdır. Əməliyyat Hollandiya, Belçika, İspaniya, İtaliya, Çili, Ekvador və Braziliya ilə birlikdə ortaq şəkildə təşkil olunub. Hədəfdə 94 şəxs var idi. İndiyə qədər 67 şəxs saxlanılıb”,- deyə Soylu vurğulayıb.

Qeyd edək ki, dünyanın ən təhlükəli narkotik qaçaqçılarından hesab olunan Nejat Daş ilk dəfə 90-cı illərdə Aralıq dənizində narkotik daşıyan gəmilərin saxlanılması ilə gündəmə gəlib. O dövrdə "Qismətim-1” və "Lucky-S” gəmiləri ilə narkotik qaçaqmalçılığına görə saxlanılan Nejat Daş 1994-cü ildə məhkəməyə gətirilərkən qaçıb. Daha sonra isə o, saxta pasportla ölkədən qaçaraq Ukrayna, Rusiya, Rumıniya və s. ölkələrdə gizlənib.

1997-ci il iyulun 7-si İspaniyanın paytaxtı Madriddə 14 kq heroin ilə tutulan Nejat Daş 2003-cü ildə Türkiyəyə ekstradisiyası rədd edilərək sərbəst buraxılmışdı.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol