• $
  • €
  • ₽
  • ₺
  • £

Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi – TƏFƏRRÜAT

Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi – TƏFƏRRÜAT
01.07.2020 17:15
"Sosial şəbəkədə yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Criminal.az saytının təsisçisi və baş redaktoru Anar Məmmədov deyib. O bildirib ki, bir neçə ay əvvəl rəhbəri olduğu saytda yazdığı yazıya görə "Lombard №1”in sahibi Məlahət Qurbanova onu məhkəməyə verib:

"Mən bir neçə ay öncə rəhbəri olduğum saytda "Lombard №1”in sahibi Məlahət Qurbanova ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun məhkəmə çəkişməsi barədə yazı yazmışdım. Yazını yazmaqda məqsəd keçmiş nazirin məhkəmədə tərəf olması idi. Sonradan məlum oldu ki, tərəflərdən biri olan Məlahət Qurbanov lombard sahibidir. Mən də xəbərin başlığını "Lombard Məlahətlə keçmiş nazirin çəkişməsi” kimi verdim.
 
Bundan sonra Məlahət Qurbanova xüsusi ittiham qaydasında  məni məhkəməyə verdi. Eyni zamanda şərəf və ləyaqətinin alçaldılması ilə bağlı başqa bir iddia da qaldırdı və Heydər Əliyev fonduna köçürülməsi üçün məndən 100 min azn tələb etdi. Bir neçə ay davam edən proseslərdən sonra iyun ayının 16-da məhkəmə mənimlə bağlı qərar verdi. Xüsusi ittihamla bağlı qərar bu oldu ki, mən 1 il müddətinə islah işlərinə cəlb olunuram və əməkhaqqımın 20 faizi dövlət hesabına köçürülür. Məhkəmə 100 min manatın tələb olunduğu mülki iddianı isə qismən təmin etdi və məni 200 manat məbləğində cərimələdi”.
 
Anar Məmmədovun sözlərinə görə, onun sosial şəbəkədə təhqir olunması isə, sözügedən məhkəmə prosesinin başa çatmasından bir gün sonra yaşanıb:
"Məhkəmə hökmündən bir gün sonra, sosial şəbəkədə həmin proseslə bağlı yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım. Əlimdə olan məlumatları onlara təqdim etdim. Dünən də həmin idarədə Toğrul Allahverdili ilə üzləşdim.
 
"Bandotdel”in araşdırması nəticəsində məlum oldu ki, həqiqətən də o profil T. Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçirilib. T. Allahverdili orada işi araşdıran polis əməkdaşına bildirdi ki, "mən Məlahət Qurbanova üçün bir neçə profil açmışam və onların parolunu da özünə vermişəm, ola bilsin ki, o, profilin adını dəyişib Azər Hacıyev edib və Anarı təhqir edib”. Yəni işi atdı Məlahət Qurbanovanın üstünə”.

Məsələ ilə bağlı Toğrul Allaverdili ilə əlaqə saxladıq. O özünün və Məlahət Qurbanovanın bu barədə danışmaq istəmədiyini bildirdi.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol