Kürdəmirdə vəzifəli şəxs koronavirusdan ölüb

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.
R.Rəsulovun cənazəsi polislərin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.
www.anews.az
























