• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşdi

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşdi
03.07.2020 23:00
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2020-2021-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.

"Report" xəbər verir ki, Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 Azərbaycan vətəndaşı 2020-2021-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 17 nəfər PhD (istənilən maraq dairəsində), 163 nəfər magistratura, 20 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ əldə edib. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən "Budapest University of Technology and Economics”, "Corvinus University of Budapest”, University of Szeged, "Eötvös Loránd University”, "University of Debrecen”, "University of Pécs” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Bildirək ki, müvafiq təqaüd proqramı barədə 25 noyabr 2019-cu il tarixində elan verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol