• $
  • €
  • ₽
  • ₺
  • £

Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi

Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi
06.07.2020 12:38
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədi ilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, biznes mühitinə də öz müsbət təsirlərini göstərməklə özəl sektorun dəstəklənməsi yüksək səviyyədə təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanları tərəfindən sağlam rəqabət və bazar mühitinin stabilliyinə yönəlmiş dövlət qayğısından sui-istifadə edən, cəmiyyətin, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərini pozmağa cəhd edən hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində effektiv mübarizə tədbirləri davam etdirilir.

Bu çərçivədə keçirilən tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanmasıdır.

Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, milli cinayət-hüquq sisteminə implementasiya edilmiş "hüquqi şəxslərin cinayət məsuliyyəti” institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi «Fakt Araşdırıcı-N» MMC barəsində də Azərbaycan Respublikası CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir.

Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol