• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı karantini pozan çayxanaya getdi - Sahibləri həbs edildi - FOTO

İcra başçısı karantini pozan çayxanaya getdi - Sahibləri həbs edildi - FOTO
06.07.2020 17:06
Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Anews.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ qərargahın və RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafe sahibləri dəfələrlə xəbərdarlıq edilsə də, müştərilərin arasında sosial məsafələri qorumayaraq, stolüstü oyunlar təşkil edərək karantin rejminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib.
 
Həmin obyekt sahibləri, Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq RPŞ-yə gətirilmiş, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
 
Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol