• $
  • €
  • ₽
  • ₺
  • £

Karantinə görə saxlananların fotoları ilə bağlı DİN-dən açıqlama

Karantinə görə saxlananların fotoları ilə bağlı DİN-dən açıqlama
08.07.2020 16:21
Məlumdur ki, sərt karantin rejimi elan edilmiş şəhər və rayonlarda polis əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir.
 
Reydlər zamanı karantin tələblərini pozmuş şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur. Qaydanı pozanların fotoları isə Daxili İşlər Nazirliyi tərəfindən ictimailəşdirilir, sonradan ayrı-ayrı media orqanlarının daxili etik kodeksi əsasında üzlər ya gizlədilir, ya da elə açıq şəkildə yayımlanır.
 
Həmin şəkillərdə o şəxslərin üzünün belə açıq verilməsi isə bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə olunur. Qeyd edilir ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxsin fotosu və videosu öz icazəsi olmadan yayıla bilməz. 

"Qafqazinfo” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları Kütləvi İnformasiya Vasitələrində yayımlana bilməz.

Burada həmin şəxslərin icazəsini alınıb-alınmaması məsələsi də sual doğurur. Maraqlıdır ki, hətta bir neçə şəxs sosial şəbəkədə və saytlarda fotoları yayımlanandan sonra etiraz edərək onların silinməsini tələb ediblər. Bu fotoların DİN tərəfindən yayılmasından xəbərdar olmadıqlarını vurğulayıblar.

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan münasibət öyrəndik. E. Zahidov saytımıza bildirib ki, çəkilən fotolar və videolar zamanı saxlanılan şəxslərin heç biri buna etiraz etməyib: "Əksinə, onlar törətdikləri inzibati xətadan peşman olduqlarını səmimi şəkildə etiraf edirlər. Çəkilişin aparıldığını həmin şəxslər də görür. Bu məsələnin həm də maarifləndirmək baxımından əhəmiyyəti var. Heç kəsin şəkli məcburi qaydada və gizli çəkilmir”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol