• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü - VİDEO

Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü - VİDEO
08.07.2020 16:33
2019-cu ilin may ayının 3-də Sumqayıt şəhərindəki "Karvan” ticarət mərkəzində yerləşən eynək dükanında dəhşətli cinayət hadisəsi baş verib. 

Seymur Abdullayev və Gülnar Əmənova Təcili Yardım Xəstəxanasına bıçaq xəsarətləri ilə daxil olublar. 

Baku TV xəbər verir ki, göstərilən tibbi yardıma baxmayaraq, qadın mayın 14-də vəfat edib və Seymur Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, əvvəllər dörd dəfə məhkum olunmuş Seymur Abdullayev tanış olduğu Gülnar Əmənova ilə 2015-ci ildən qeyri-rəsmi nikahda yaşayıb. Qadının mobil telefonla ondan gizli başqa şəxslərlə danışmasından şübhələndiyinə görə tez-tez aralarında mübahisələr yaranıb, 2019-cu ilin aprel ayında cütlük ayrılıb.

Həmin ilin may ayının 1-də Seymur "Cavid” ticarət mərkəzinin yaxınlığında olarkən, arvadının tanımadığı şəxslə birlikdə getdiyini görüb. Buna görə də Gülnarı öldürmək qərarına gəlib. Ayın 3-ü, saat 17 radələrində Seymur sərxoş vəziyyətdə arvadının işlədiyi eynək mağazasına gələrək, sonuncu ilə mübahisə edib.
Gülnar Əmənova onunla yaşamaq istəmədiyini söylədikdə, bıçaqla qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Onları ayırmağa çalışan vətəndaşlara imkan verməyərək, Seymur yenidən qadına çoxlu sayda xəsarətlər yetirib. 

Cinayətin təfərrüatı Baku TV-nin xüsusi reportajında:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol