• $
  • €
  • ₽
  • ₺
  • £

DYP -ə yeni cərimə səlahiyyəti verildi

DYP -ə yeni cərimə səlahiyyəti verildi
11.07.2020 12:41
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib. 
Ə.Hüseynov "Qafqazinfo”ya bildirib ki, ötən gün imzalanmış Fərmanla Bakı şəhərinin ərazisində parklanmaların təşkili, idarə edilməsi səlahiyyəti yenə də istisnasız olaraq Bakı Nəqliyyat Agentliyinə məxsusdur : "Bakı şəhərinin bütün inzibati ərazisində məsələn, Pirallahı qəsəbəsindən tutmuş Ələtə qədər olan sahədə parklanmaların təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Dayanma-durma qaydalarının və parklanma qaydalarının pozulmasına nəzarət və qaydaları pozmuş sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyəti 2018-ci ilin iyul ayında Prezidentin Fərmanıyla Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilmişdi. Dünən imzalanmış Fərmanla Dövlət Yol Polisinə də bu qaydalara nəzarət səlahiyyəti verildi. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi iki hissədən ibarətdir. 

Yəni, 346.1 (dayanma və ya durma qaydalarını pozmağa görə) 346.2 (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) qaydalarının pozulmasına Daxili İşlər Nazirliyi də nəzarət edə biləcək. 


Fərmanda qeyd olunub ki, bu qurumlardan hansı tez xətanı aşkar etsə, o sürücünü məsuliyyətə cəlb edəcək. Məcəllənin 346-1-ci maddəsində isə beş bənd var. Orada 346-1.1 və 346-1.5 -ci maddələrə əsasən məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də müstəsna olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir. Dövlət Yol Polisi buna görə məsuliyyətə cəlb edə bilməz. Çünki bu maddələr elə də işlək maddələr deyil. Biri ödənişli park yerlərində ödəniş etmədən dayanmadır. Digər bənd isə 24 saatdan artıq parklanma yerində dayanmaqla bağlıdır. Bu hallar praktikada demək olar ki tətbiq olunmur. 346-1.2 ( Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə);

346-1.3 ( Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə) və 346-1.4 (Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə) bəndlər üzrə səlahiyyətlər yenə də bölündü. Bu bəndlər üzrə həm Dövlət Yol Polisi, həm də Bakı Nəqliyyat Agentliyi sürücüləri inzibati məsuliyyətə cəlb edə bilər”.

Sual yaranır ki, eyni sürücünü eyni yerdə dayanma-durma qaydalarının pozulmasına görə qurumların ikisi də məsuliyyətə cəlb edə bilərmi? 

Ekspert bildirib ki, qanun buna yol vermir: "Bir inzibati xətaya görə bir dəfə məsuliyyətə cəlbedilmə var. Fərmanda da qeyd olunub ki, həm Daxili İşlər Nazirliyi, həm Bakı Nəqliyyat Agentliyi elə bir sistem yaratmalıdır ki, eyni şəxsin eyni xətaya görə hər iki qurum tərəfindən məsuliyyətə cəlb edilməsi baş verməsin. Yəqin ki, bu da mərkəzləşdirilmiş informasiya sistemi, onların bir-biriylə operativ əlaqəsiylə tənzimlənəcək. 

Sürücülər bilsinlər ki, dayanma-durma qaydalarının pozulduğu hallarda evakuasiya üzrə səlahiyyətlər də bölünüb. Sürücü dayanma-durma qaydalarını pozub tıxac yaranmasına səbəb olarsa, digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə maneə yaradırsa, bu qurumlardan hansı bunları aşkar edəcəksə, evakuasiya da həmin orqan həyata keçirəcək. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol