Toyuna hazırlaşan ŞƏHİD Elçin Mustafayev son mənzilə yola salındı - FOTO

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olmuş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğluna vida mərasimi keçirilib.
Anews.az xəbər verir ki, mərasim şəhidin doğulduğu Ağstafa rayonunda baş tutub.
Şəhidi son mənzilə yola salmağa rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri gəlib.

www.anews.az
























