• $
  • €
  • ₽
  • ₺
  • £

Karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala vəzifə verdi- Paşinyandan TƏYİNAT

Karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala vəzifə verdi- Paşinyandan TƏYİNAT
17.07.2020 13:05
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan hərbi-sənaye kompleksi komitəsinin başçısı təyin edilib.

Anews.az "Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb.

Qeyd edək ki, Artak Davtyan koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində iyunun 7-də oğluna toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi.

Bu hadisə cəmiyyətdə böyük etiraz doğurmuşdu. Etirazlara cavab olaraq onun istefa verdiyi ehtimal edilir.

Artak Davtyan 1970-ci ildə anadan olub. 2018-ci il mayın 24-də baş qərargaha rəis təyin edilib. Ehtimal edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan onu bu vəzifəyə çoxdan təyin etmək istəyirmiş. Ancaq fövqəladə vəziyyət rejimində oğluna toy etməsi baş naziri çıxılmaz vəziyyətdə qoyub. Ona görə də N.Paşinyan istefasından 40 gün keçəndən sonra onu komitəyə başçı təyin edib. Müşahidəçilər bildiriblər ki, Davtyan toy hadisəsi ilə bağlı Ermənistan cəmiyyətində koronavirusa qarşı mübarizə tədbirlərinə ziyan vurub. Paşinyan etirazlar səngiyəndən sonra onunla bağlı ideyasını həyata keçirib.
Xatırladaq ki, Davtyanın yerinə Onik Qasparyan təyin olunub.

Qeyd edək ki, Davtyan 1990-cı ildə Moskva Ali Hərbi Məktəbini bitirib. 1995-1998-ci illərdə Frunze adına Rusiya Hərbi Akademiyasında təhsil alıb. 2005-2006-cı illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında oxuyub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol