• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban bayramı ilə bağlı satış məntəqələri açıqlanacaq- RƏSMİ

Qurban bayramı ilə bağlı satış məntəqələri açıqlanacaq- RƏSMİ
17.07.2020 15:18
"Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir”.

ANEWS.az-ın məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı ilə bağlı yaydığı açıqlamada deyilir. Qeyd edilir ki, insanların qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər: 

"Hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol