Karantin rejiminin qaydalarını pozan şəxslər cərimələndi

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ANEWS.az-a verilən məlumata görə, istər nəqliyyat vasitəsilə, istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır. Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılır.
www.anews.az
























