10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsin həbs müddəti artırıldı

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti artırılıb.
Hakim Natavan Tağıyevanın qərarı ilə İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti beş ay artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























