• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyəti Abşerondakı qeyri-qanuni tikintilərlə bağlı AÇIQLAMA verib

İcra Hakimiyyəti Abşerondakı qeyri-qanuni tikintilərlə bağlı AÇIQLAMA verib
20.07.2020 12:46
Bir  sıra  kütləvi  informasiya  vasitələrində  Abşeron  rayonunun  Qobu  və  Hökməli  qəsəbələrində   yüksək  gərginlikli  elektrik  xətlərinin  mühafizə  zolağında  qanunsuz   tikinti  işləri  aparılması  ilə əlaqədar  informasiyalar  yayılıb. 

Anews.az-ın məlumatına görə,Yayılmış  informasiyalarla  əlaqədar  Abşeron  Rayon  İcra   Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Unikal.org-a bildirib ki, qeyd  olunan  hallarla  bağlı dəfələrlə özbaşına, qeyri-qanuni  tikinti  işləri  aparan  şəxslərə  xəbərdarlıq  edilmiş, aidiyyatı  qurumlar   qarşısında  məsələ  qaldırılıb:

"Belə  ki,  rayon  İcra  Hakimiyyəti   Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci il  6  iyun  tarixli  648  nömrəli  Fərmanı  ilə   təsdiq  edilmiş   "Yerli  icra  hakimiyyətləri  haqqında   Əsasnamə”nin   3.11.5-ci  maddəsinin,   Azərbaycan   Respublikasının  Şəhərsalma  və Tikinti Məcəlləsinin 16-cı  fəslinin,   "Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı   hüquqi    tənzimləmə   haqqında”  Azərbaycan Respublikasının 2012-ci il 29 iyun   tarixli   392-IVQ   nömrəli  Qanununun    tətbiqi    barədə  Azərbaycan  Respublikası  Prezidentinin   4   sentyabr   2012-ci  il,  695  nömrəli  Fərmanının,    Azərbaycan  Respublikası   Prezidentinin  2014-cü il  24  noyabr  tarixli  375 nömrəli   Fərmanı  ilə  təsdiq  edilmiş   "Dövlət   şəhərsalma   nəzarətinin   həyata  keçirilməsi    Qaydaları”nın  4.1,  4.2  və  4.3-cü  maddələrinin  tələblərinə  müvafiq  olaraq    həmin   özbaşına    tikintilərin   qarşısının  alınması   məqsədilə   müvafiq  tədbirlərin  görülməsi  üçün  aidiyyatı  dövlət   qurumları  və   hüquq   mühafizə  orqanları  qarşısında  məsələ  qaldırmış,  yazılı  müraciətlər  ünvanlayıb. 

Əlavə  olaraq  bildiririk  ki,  sözügedən  ərazilərdə  aparılmış  qanunsuz  tikililərin  qarşısının  alınması  və  sökülməsi  tələbi  ilə  məhkəmə  orqanları  qarşısında  iddia  tələblərinin  qaldırılması  qanunvericiliyə  əsasən  həmin  tikililərin  inşa  olunduğu  torpaq  sahəsinin  mülkiyyətçisi  kimi   "Azərenerji”  ASC-nin  aidiyyatı  qurumlarının  səlahiyyətindədir. 

Yuxarıda  qeyd  olunan  müvafiq  icra  hakimiyyyəti  və  hüquq  mühafizə  orqanlarına   Abşeron  rayon   İcra  Hakimiyyəti    tərəfindən  edilmiş  müraciətlər   təmin   olunacağı  və  səlahiyyətli  qurum  tərəfindən  belə  bir  iddia  tələbi  qaldırılaraq  məhkəmə  tərəfindən  təmin  olunacağı  təqdirdə  rayon  İcra  Hakimiyyəti  qanuna  müvafiq  qaydada  köməklik  göstərməyə  hazırdır".  
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol