• $
  • €
  • ₽
  • ₺
  • £

Sərt karantin rejiminin ləğv edildiyi şəhərdə həyat axarına qayıdır - VİDEO

Sərt karantin rejiminin ləğv edildiyi şəhərdə həyat axarına qayıdır - VİDEO
21.07.2020 10:24
İyulun 20-dən etibarən Lənkəran və Samux rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatıb. Səbəb isə bu rayonlarda yeni növ koronavirus infeksiyasında yoluxma dinamikasının azalmasıdır.

İyunun 21-dən etibarən bir neçə şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verib.
Şəhər sakinləri Nazirlər Kabineti yanında operativ qərargahın qoyduğu qaydalara tam riayət edərək, yalnız SMS icazə ilə evdən çıxıb və sosial məsafəni qorumağa çalışıblar.

Bunlar da müsbətə doğru irəliləyişə və yoluxma sayında azalmaya gətirib çıxarıb. İyulun əvvəllərindən etibarən isə şəhər, demək olar ki, öz əvvəlki həyatına qayıdıb.

Rayonun bütün giriş və çıxışlarında qurulan polis nəzarət postları yığışdırılıb. Bütün iş və xidmət sahələri fəaliyyətlərini davam etdirir.
Lənkəranda insanlarla maarifləndirici söhbətlərin aparılması, şəhər, qəsəbə və kəndlərdə dezinfeksiya və nəzarət tədbirləri də yoluxmanın azalmasına şərait yaradan amillərdəndir. 

İndi bütün ticarət mərkəzləri qapılarını alıcıların üzünə açıb. Bir aydır, onlayn xidmət göstərən ictimai iaşə obyektləri də normal fəaliyyətlərinə qayıdaraq, müştərilərinə yerində xidmət göstərməyə başlayıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 14 şəhər və rayonda sərt karantin rejimi avqustun 5-nə kimi uzadılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol