"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub

"Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.
Anews.az "report"a istinadla xəbər verir ki, qurumun baş müfəttişi Elxan Məmmədov bu vəzifəyə gətirilib.
E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyin olunub.
Xatırladaq ki, bu il iyunun 17-də "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























