Bakıya sərnişin daşıyan sürücü 3 min manat cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi "Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə gətirəcəyinə söz verib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























