• $
  • €
  • ₽
  • ₺
  • £

“9 saylı Uşaq Poliklinikasının baş həkimi işçilərdən hər ay pul yığır” - ŞİKAYƏT

“9 saylı Uşaq Poliklinikasının baş həkimi işçilərdən hər ay pul yığır” - ŞİKAYƏT
24.07.2020 15:30
9 saylı Uşaq Poliklinikasında qanunsuzluqların və cinayət tərkibli əməllərin sayı günü-gündən artır. Adının çəkilməsini istəməyən poliklinika əməkdaşı bunu Anews.az-a göndərdiyi şikayət məktubunda bildirib.

O, bildirir ki, poliklinikanın  baş həkimi Aidə Hüseynzadənin sayəsində illərdi rüşvət, saxtakarlıq hökm sürür. " Aidə Hüseynzadə 2000-ci ildən baş həkim işləyir.  O, dövlət tərəfindən ayrılan inventarları mənimsəyib, saxta əlilliklərin düzəldilməsini təşkil edib, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmır. Buna baxmayaraq, maaş alırlar" - deyə xəstəxana işçisi bildirdi.

Onun sözlərinə görə, poliklinikanın müdirinin illərdir davam edən bu əməllərinə göz yumulur. "Baş həkim barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı  Mübarizə İdarəsində cinayət işi açılsa da, həkimlərə öz maşınını yudurtduğu və rüşvət aldığı barədə mətbuatda yazılar dərc olunsa da onun bu əməlləri ört-basdır edilir. Hətta, Aida xanımın 69 yaşı olmağına baxmayaraq, onu 65 yaş həddi ilə pensiyaya da göndərmirlər. O, isə qanunsuz əməllərinə davam edir. Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığır. Bundan əlavə, ildə bir dəfə təmir adı altında həkimlərdən 100 manat, tibb bacılarından 50 manat pul toplayır. Lakin heç bir təmirdən söhbət gedə bilməz. Bütün bunlara etiraz edən həkimləri  işdən azad etmək ilə hədələyir"- deyə işçi əlavə etdi.

Məsələ ilə bağlı 9 saylı Poliklinikanın baş həkimi Aida Hüseynzadə ilə əlaqə saxladıq. İlk öncə  baş həkim jurnalistləri reketlik və pul tələb etməkdə ittiham etdi.
 
"Jurnalistlər bir məlumat olan kimi bir-birinə ötürür. Hər biri ayrı-ayrılıqda zəng edərək məlumatı ictimailəşdirməmək şərtilə pul tələb edirlər. Poliklinikada olan nöqsanlar barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırma aparılıb və mətbuatda da yazı çıxıb. Rüşvət bütün xəstəxanalarda olduğu kimi bizdə də var. Laboratoriyada xəstələrdən 3-5 manat pul alınır. Amma deyilən kimi də deyil. Mən həkimlərdən pul yığmıram"- deyə Aida Hüseynzadə bildirdi. 
 
Zaur Qənbərov

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol