• $
  • €
  • ₽
  • ₺
  • £

Xan LOTU Qulini öldürməzdən əvvəl bunu edib - ŞOK VİDEO

Xan LOTU Qulini öldürməzdən əvvəl bunu edib - ŞOK VİDEO
30.08.2020 22:07
Türkiyə mətbuatı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub. 

Anews.az pravda.az-a istinadən xəbər verir ki, kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov restorandan çıxıb başqa maşına oturub gedir. Bir gün əvvəl isə Xəqan Zeynalov da həmin restoranda olub. Təhlükəsizlik kameralarında onun maşın saxlanma yerində gəzərək telefonla danışması qeydə alınıb. Xatırladaq ki, azərbaycanlı qanuni oğru Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən hotellərdən birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Xan Əhmədlinski ləqəbli ilə tanınan kriminal avtoritet Xəqan Zeynalovdur. Qətldən əvvəl Xan Əhmədlinski hoteldə Lotu Qulinin arxasınca getdiyini əks etdirən video çəkərək görüntünü sosial şəbəkələrdə yayıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib. Bütün bunlar qatilin diqqətlə və uzun müddət cinayətə hazırlaşdığını göstərir. Qətli törətmiş Xəqan Zeynalov çöldə avtomobildə onu gözləyən 25 yaşlı Əmir Həmidlinin köməkliyi ilə qaçmağa müvəffəq olub. Cinayətkarlar Antalya-Dənizli avtomobil yolunda tutulub. Polis əməkdaşları onları ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıblar. Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib. "Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”, – deyə saxlanılan şəxs bildirib. Lotu Qulinin Xəqan Zeynalova çox güvəndiyi və onu 10 yaşından tanıdığı bildirilir. Xəqan Zeynalov hazırda qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur, Həmid Əmirli isə onun ortağı kimi saxlanılır.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol