• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim
02.09.2020 16:26
Azərbaycan Respublikasının Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Bank Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün onlayn formatda təlim təşkil edib. Bankın "Sahibkarlar Klubu” üzvlərinin iştirak etdiyi təlim "Sahibkarın pul axını və kredit” mövzusuna həsr edilib.

Təlimdə Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri sahibkarlara maliyyə resurslarının effektiv idarə edilməsi, o cümlədən gəlir və xərc proqnozlarının düzgün aparılması, risklərin qiymətləndirilməsi, maliyyə ilə bağlı digər məsələlərin optimal həll yolları ilə bağlı məlumat veriblər. Mövzu üzrə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.

Azərbaycan Beynəlxalq Bankının Korporativ bankçılıq üzrə Baş direktoru Nərgiz Biləndərli klub üzvləri üçün bu cür silsilə tədbirlərin davam etdiriləcəyini bildirib: "Sahibkarlar Klubu kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara, eləcə də hüquqi şəxslərə müxtəlif imtiyazlar yaradır. Üzvlərimiz üçün biznesin inkişafı ilə bağlı müxtəlif dəstək proqramlarının, məsləhət və təlim xidmətlərinin təqdim olunması da bura daxildir. İş adamları Sahibkarlar Klubuna üzv olaraq bu imkanlardan faydalana bilərlər”. 

Sahibkarlar Klubunun fəaliyyəti haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol